<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>11</hymn_number>
<lyrics>[V1]
 Allaha izzət verin gözəl nəğmələr ilə,
 Daim şükürlər edin sevincdə də, qəmdə də.
 Alqış olsun Allaha, O bizi xilas edib ,
 Bizi ölümdən alıb, sevimli xalqı edib.

[C1]
   Alqış, alqış olsun Müqəddəs Allaha,
   Alqış, alqış olsun Müqəddəs Oğluna,
   Alqış, alqış olsun Müqəddəs Ruhuna, amin!

[V2]
 Hər an Ona həmd edin ağlınız, dilinizlə,
 Ruhunuz, qəlbinizlə, yaxşı işlərinizlə.
 Daim Ona həmd edin ölümə məhkum olan
 Dünyaya göstərdiyi böyük səbrinə görə.

[V3]
 Özüylə xilas etdi O həm səni, həm məni,
 Çarmıxda əzab çəkdi azad etməkçün bizi.
 İzzət verin Allaha nə qədər ömrünüz var,
 Ürəyiniz döyünür, canda nəfəsiniz var.

[V4]
 Tezliklə O gələcək böyük izzəti ilə,
 Əbədi, möcüzəli böyük qüdrəti ilə.
 Aparacaq bizləri Öz Əbədi evinə,
 O əbədi rahatlıq və səadət yerinə.</lyrics>
<title>Allaha izzət verin gözəl nəğmələr ilə İL11</title>
</song>